Türk dünyası Bakıda birləşdi: “100 illik fəlsəfə yenidən canlanır” - VİDEO

media-hightechnic-468x90

Bu gün burada çox mənalı toplantıda bir araya gəlmişik. Keçirilməsinin 100-cü ildönümündə yenidən Bakıda – Türkoloji Qurultaydayıq. Həqiqətən, dildə, işdə, fikirdə birliklə bərabər hər kəs buradadır. Biz təkcə türkologiya mənasında deyil, türk mədəniyyət coğrafiyasında sağlamlıq sahəsində də, iqtisadiyyat sahəsində də birlik tərəfdarıyıq.

media-banner_tuq

Bunu türkiyəli professor, Milliyyətçi Hərəkət Partiyasının Mərkəzi İdarə Heyətinin üzvü Alp Yıldız Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda keçirilən konfransda Yenicag.az-açıqlamasında deyib.

“Biz də ortaq əlifba ilə çap olunan ilk – “Cəmilə” adlı əsəri idarə heyətimizin və  rəhbərimiz Dövlət Bağçalının razılığı ilə çıxardıq. Ortaq dildə, ortaq əlifba ilə çap olunmuş bir əsər kimi o, gələcək nəsillərə miras qalacaq. Görülən bu işlərin hamısı çox mənalıdır. Bu qədər elm adamının bir arada, türkoloqların bir arada bu gün burada gələcək dövrə bir miras qoymaları, həqiqətən, çox vacibdir.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05