Şəmsəddin Kuzəçi: "Türk dünyası artıq ayaqdadır, iridir, diridir!" - VİDEO
İraq Türkman Jurnalistlər Cəmiyyətinin sədri, araşdırmaçı-yazar Şəmsəddin Kuzəçi Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Bakıda keçirilən konfransda Yenicag.az-a özəl açıqlama verib.
Ş. Kuzəçi qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi bu toplantı bütün türk dünyası üçün böyük bir dəyəri ehtiva edir:
“Azərbaycan bütün dünyaya bu dərsi verir. 1926-cı ildə təməli atılan bu türkoloji fəlsəfənin bu gün burada canlanması bütün dünyaya bir mesajdır. Avropaya, Amerikaya, bütün ölkələrə çatdırırıq ki, türk dünyası artıq ayaqdadır, iridir, diridir! Birlik yolunda Turana doğru, Qızıl Almaya doğru addımlarını atmaqdadır. Artıq hədəfimiz ortaq əlifba, ortaq mədəniyyət və ortaq münasibətlər üzərində Türk birliyini gerçəkləşdirməkdir”.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov













