Əbülfəz Qarayev: “O məsələni Vergilər Nazirliyindən soruşun”

media-hightechnic-468x90

Bu gün Bakıda tələbə və məzunlar üçün “Karyerada ilk addım” tədbiri keçirilib.

Yeniçağ.Az xəbər verir ki, tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərin suallarını cavablandırıb.

Nazirin sözlərinə görə, Bakıda aprelin 10-da başlayan və mayın 10-a kimi davam edəcək “Şopinq Festival” bütün gözləntiləri doğruldub:

“Gördüyünüz kimi, “Şopinq Festival” uğurla davam edir və bu tədbirlə bağlı gözlədiklərimiz həyata keçir. Çox müsbət haldır ki, “Şopinq Festival” Bakıya gələn turistlərlə yanaşı, yerli vətəndaşlar da çox fəal iştirak edirlər.
Bu festivalla bağlı konkret rəqəmlərə gəldikdə, müvafiq hesablamalar aparıldıqdan sonra məlumat veriləcək. Konkret rəqəmlərə gəldikdə, o məsələni Vergilər Nazirliyindən soruşa bilərsiniz. Növbəti “Şopinq Festival”ın oktyabrda təşkil olunması nəzərdə tutulur”.

Yeniçağ.Az

Fotolar: Cəmalə Əlizadə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600