Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Əcnəbiləşmə siyasəti bitməyib" - Baş məşqçi özünü ifşa etdi

Reklam: High Technic

Atletika üzrə yığma komandanın baş məşqçisi Məhərrəm Sultanzadə saytımıza verdiyi müsahibəsində “milliləşmə” limitinin bu il üçün bitdiyini, Beynəlxalq Yüngül Atletika Federasiyasının iclasında bu siyasətin gələn mövsümə qədər dayandırıldığını bildirmişdi. Məşqçinin dediyinə görə, onlar bu mövsümə sonuncu “milliləşmə”ni üç təkanla tullanma növündə kubalı Aleksis Kopello Sançeslə bitirməli olublar.

Ancaq məsələ heç də göründüyü və bilindiyi kimi deyil.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, milli komandanın “əcnəbiləşməsi” prosesi bitməyib. Belə ki, milli komanda üçün daha bir nəfər xarici idmançı dəvət olunub. O da rəsmi olaraq mətbuata açıqlanmayıb. Həmin idmançı isə yerli çempionatda iştirak hüququ qazanıb. Bundan sonra onu İslam Həmrəylik Oyunlarında 5-ci əcnəbi kimi heyətə qatacaqlar.

İslamiadada yığmanın heyətində neçə əcnəbinin olacağını öyrənmək üçün atletika yığmasının baş məşqçisi Məhərrəm Sultanzadə ilə əlaqə saxladıq. Baş məşqçi Yeniçağ.az-a danışarkən İslamiadanın heyətinin yerli çempionatdan sonra bəlli olacağını bildirib. O, həmçinin yerli çempionata qatılacaq “milliləşmiş” idmançıların sayı haqda da məlumat verib:

“May ayının 3-4-ü Bakı çempionatı keçiriləcək. Yarış da seçmə xarakteri daşıyır. Bundan sonra bizim heyətimiz bəlli olacaq. Bu turnir üçün 6-7 əcnəbi idmançı dəvət olunacaq. Onlar arasından da seçim ediləcək”.
Ancaq maraqlıdır ki, sonuncu transferlə bərabər yığmamızın heyətində 5 əcnəbinin olduğu bəllidir. Digərlərinin kim olması isə məlum deyil. Verilən məlumata görə, yeni idmançı atletikanın maneələrlə qaçış növünə gətirlib.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

324