Əfqanıstan-Pakistan gərginliyi regional layihələri təhlükəyə atır — ANALİZ

media-hightechnic-468x90

“Azərbaycan və Türkiyə də Pakistanla strateji tərəfdaşlıq münasibətlərini qorumaqla yanaşı, Talibanla dialoqu davam etdirir və problemin danışıqlar yolu ilə həllini dəstəkləyir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

media-1757931068_46a26f2bbf64f16f0298a55b319f26d1_59193_12

O, Əfqanıstan və Pakistan arasında sərhəd mübahisələri və silahlı toqquşmalar fonunda artan gərginliyin regional təhlükəsizlik və iqtisadi layihələrə təsiri barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, 2024-cü ilin avqustunda Kabulda Əfqanıstan, Özbəkistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdi:

“Müzakirələrdə əsas diqqət regional inteqrasiya, ticarət əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarının artırılması və Əfqanıstana investisiya qoyuluşunun təşviqinə yönəlmişdi. Taliban administrasiyasını sənaye və kommersiya qurumunun rəhbəri, Özbəkistanı investisiya və ticarət üzrə nazir, Azərbaycanı isə iqtisadiyyat nazirinin müavini təmsil edirdi. Bakı Əfqanıstan üzərindən keçməsi nəzərdə tulan nəqliyyat dəhlizlərinə xüsusi maraq göstərir. Lakin bu cür layihələrin gerçəkləşməsi üçün bölgədə davamlı təhlükəsizlik və sabit mühit əsas şərt sayılır.

Son günlərdə Əfqanıstanın şərqində, Nanqarhar vilayətinin Pakistanla həmsərhəd hissəsində iki ölkənin silahlı qüvvələri arasında yenidən qarşıdurma baş verib. Tərəflər ağır silahlardan istifadə edib və itkilərin olduğu bildirilir. Oxşar insidentlər ötən ilin oktyabr və dekabr aylarında da yaşanmış, hər iki paytaxt atəşkəsin pozulmasına görə bir-birini günahlandırmışdı. Taliban rəhbərliyinin nümayəndəsi Pakistan hərbçilərinin Qəndəharın Spin-Buldak istiqamətində hücuma başladığını iddia etmiş, İslamabad isə bunun əksini bildirərək atəşin Əfqanıstan tərəfindən açıldığını vurğulamışdı. Pakistan rəsmiləri sərhəd toxunulmazlığını qorumaqda qərarlı olduqlarını bəyan edir, Kabulu isə ‘Təhrik-e-Taliban Pakistan’ və Bəlucistan Azadlıq Ordusu kimi silahlı qruplaşmalara sığınacaq verməkdə ittiham edir. Əfqan tərəfi bu iddiaları qəbul etmir.

İki qonşu arasında gərginliyin kökündə duran əsas amillərdən biri də 2670 kilometrlik sərhəd xəttinin hüquqi statusu ilə bağlı fikir ayrılığıdır. 1893-cü ildə Britaniya imperiyası tərəfindən müəyyən edilmiş və ‘Durand xətti’ kimi tanınan bu sərhəd Əfqanıstan tərəfindən rəsmi şəkildə tanınmır. Pakistan sərhədi keçməyə çalışan silahlı dəstələrə qarşı əməliyyatlar həyata keçirərkən, Taliban bunu öz ərazisinə müdaxilə kimi qiymətləndirir və cavab tədbirləri görür. Eyni zamanda, Taliban qüvvələri Pakistan postlarını ələ keçirdikdə bunu xarici ərazi kimi qəbul etmir.

Artan gərginlik region dövlətlərini, xüsusilə də həm İslamabad, həm də Kabul ilə sıx əlaqələrə malik olan Çini narahat edir. Pekinin hər iki ölkədə iqtisadi maraqları və ortaq layihələri mövcuddur. Azərbaycan və Türkiyə də Pakistanla strateji tərəfdaşlıq münasibətlərini qorumaqla yanaşı, Talibanla dialoqu davam etdirir və problemin danışıqlar yolu ilə həllini dəstəkləyir”, — deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05