Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Zəlzələ Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.
Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.
Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
***
Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, zəlzələnin episentri İşkaşim şəhərindən 48 kilometr cənub-qərbdə yerləşib. Sözügedən şəhərdə 12 mindən çox əhali yaşayır.
Hələ ki dağıntı və tələfat barədə məlumat verilməyib.
Zəlzələ Qazaxıstanda da hiss olunub.
www.yenicag.az