Əfqanıstanın müxtəlif bölgələrində daşqınlar nəticəsində ən azı 50 nəfər həlak olub.
Yenicag.az xəbər verir ki, ölkənin şimal və şimal-şərq bölgələrinə yağan güclü yağışlar daşqınlara səbəb olub.
Kabildə yerləşən Tolo-Nyus, şimaldakı Bağlan şəhərindəki Fəlakətlər İdarəsinin rəisi Hidayətullah Həmdərd indiyə qədər Burka, Nahrin və Orta Bağlan bölgələrində daşqınlar nəticəsində 50 nəfər öldüyünü deyib.
Şimal-şərq Bədəxşan şəhərinin fəlakətlə mübarizə idarəsinin rəhbəri Məhəmməd Əkrəm Əkbəri Daşkan, Yavan və Tağab rayonlarında sel daşqınlarının çoxsaylı evlərə, məktəblərə və ibadət yerlərinə ziyan vurduğunu bildirib.
Qeyd edək ki, Əfqanıstanda güclü yağışların yaratdığı daşqınlar hər il minlərlə insanın ölümünə səbəb olur.
İsmayıl Bakuvi
www.yenicag.az