Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əfsanənin sonu və ya Koç sarsılmaz Əziz Başqanı necə əzdi? - Bir "Fənər" analizi

Reklam: High Technic

Bu gün Türkiyənin “Fənərbaxça” klubunun yeni prezidenti müəyyənləşib.

Yenicag.az xəbər verir ki, keçirilən seçkidən yekununda 20736 səs etibarlı sayılıb. Qurultay iştirakçılarından 4644 nəfər Aziz Yıldırıma, çoxluq isə digər namizəd Ali Koça səs verib. Nəticədə Ali Koç 16092 səslə qalib gələrək Aziz Yıldırımın 20 illik hakimiyyətinə son qoyub.

Ali Koçun böyük fərqlə qalib gəlməsi əslində təəccüblü deyil. Nəzərə alaq ki, son vaxtlar Aziz Yıldırımın rəhbərliyində klubun uğursuz çıxışı azarkeşləri özündən çıxarmışdı. Son mövsümdə isə klubun əzəli rəqibi “Qalatasaray”ın çempion olması da bu təzyiqləri daha da şiddətləndirdi. Bu səbəbdən tez-tez istər tribunalarda, istərsə də müəyyən yollarla onun istefası tələb olunurdu. Bütün təzyiqlərə baxmayaraq, Yıldırım son vaxtlara qədər hakimiyyətini qorumaqda israrlı və maraqlı idi.

Lakin Türkiyədə hər kəsin bildiyi bir məqam var ki, uduzmaq istəmədikcə, heç bir başqan qurultaya getməz. Bu nəticə göstərir ki, Aziz Yıldırım qalib gəlmək üçün heç bir cəhd göstərməyib. Görünür, artıq o da durumun ciddiyyətinə varıb və getmək barədə düşünüb.

Qısa arayış olaraq bildirək ki, Aziz Yıldırım “Fənərbaxça”nın prezidenti postuna 1998-ci ildə gəlib. Bu müddət ərzində “bülbüllər” 6 dəfə Türkiyənin ən güclüsü olub. Klub ümümilikdə 13 kubok qazanıb. Aziz Yıldırıma qədər “Fənərbaxça” “sarı-qırmızılar”dan 2 çempionluq öndə idisə, onun rəhbərliyinin 20 ili ərzində “Qalatasaray” 10 ölkə çempionluğunu bayram edib. Bu səbəbdən Yıldırım “Qalatasaray” azarkeşləri üçün “düşərli” prezident hesab olunur. Bu müddət ərzində “Beşiktaş” dörd, “Bursaspor” isə bir dəfə eyni sevinci yaşayıb.

Onu da qeyd edək ki, məşhur “şikə” qalmaqalı ilə FETÖ Terror Təşkilatı “Fənərbaxça”nı ələ keçirmək istəyərkən, Gülənə Aziz Yıldırım təslim olmadı. Həbs olunmasına rəğmən FETÖ qarşısında sınmayan Aziz Başqanın azadlığa çıxmasından sonra Türkiyədə FETÖ ilə bağlı baxış dəyişdi. Digər klublara, məsələn, əzəli rəqib “Qalatasaray”a sızan Gülən Türkiyədə ilk məğlubiyyətini məhz Əziz Yıldırım qarşısında aldı.

Bundan başqa onu da xatırladaq ki, Azərbaycanın “Qarabağ” komandasına qarşı Türkiyənin “Sabah” qəzetində yazı dərc olunarkən, Şükrü Saracoğlu stadionunda “Qarabağ könlümüzdəsən” pankartının asılması da məhz Aziz Yıldırımın göstərişi idi.

Bəs, böyük səs çoxluğu ilə qalib gələn Ali Koçun prezidentlik dönəmi nə vəd edir? Təbii ki, suala cavab tapmaq üçün zaman lazımdır. Ancaq real görünən odur ki, Koçun rəhbərliyi ilə “bülbüllər” daha ön planda olacaq.

Maraqlıdır ki, Ali Koç seçki öncəsi çıxışlarında pafoslu cümlələrə yer verməyib. Real danışan Koç bildirib ki, ilk növbədə klubun maliyyə vəziyyətini düzəltmək lazımdır. 700 milyon şəxsi büdcəsi olan Ali Koçun bu problemin öhdəsindən gələcəyi də real görünür. Hər halda onu da nəzərə almaq lazımdır ki, Aziz Yıldırımdan fərqli olaraq, yeni prezident həm müasir düşüncəyə, həm də yüksək savada malikdir. Koçun xaricdə məhz maliyyə və idarəetmə ilə bağlı nüfuzlu universitetlərdə təhsil alması da bunu deməyə əsas verir. ABŞ-ın Raysa universitetinin İdarəetmə fakültəsinin məzunu olan Koç, eyni ixtisas üzrə Harvardda magistr təhsili alıb.

Qısa arayış olaraq bildirək ki, iki dəfə “Fənərbaxça”nın İdarə Heyətində yer alan Ali Koç 1967-cı ildə dünyaya gəlib. 23 yaşında iş həyatına başlayan bu şəxs eyni zamanda “Koç Holdinq”in İdarə Heyətinin sədr vəkilidir. “Fənərbaxça” tarixinə 33-cü prezident kimi keçən Ali Koç hər zaman çıxışları ilə klub azarkeşlərinin rəğbətini qazanıb. “Çempionluq mənim prezidentliyimdən önəmlidir” deyən Koçun publikaya oynadığını da düşünmək olar.

Təbii ki, yeni mövsüm Ali Koç üçün böyük imtahan olacaq. Yalnız bu zaman onun, yoxsa “Fənərbaxça”nın oynadığını hər kəs görəcək…

Emin Səfərov

www.yenicag.az

6611
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100