Türkiyə Superliqasında 11-ci tura start verilib.
Yenicag.az xəbər verir ki, turun açılış oyununda İstanbul derbisi olub. “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.
“Qalatasaray” – “Fənərbaxça” – 2:2
Qollar: Rayan Donk, 31 (1:0), Martin Linnes, 49 (2:0), Matyu Valbuane, 66-pen (2:1), Jailson, 72 (2:2)
Bu heç-heçədən sonra “Qalatasaray” 20 xalla 2-ci, “Fənərbaxça” 10 xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 21 xalla (10 oyuna) “Başakşəhər” başçılıq edir. “Kasımpaşa” 19 xalla (10 matça) 3-cüdür.
www.yenicag.az