Əfsanəvi futbolçu Ballakın oğlu faciəvi şəkildə öldü – FOTO

Almaniyanın əfsanəvi futbolçusu Mixael Ballakın oğlu motosiklet qəzasında həyatını itirib.

Yenicag.az xarici mediaya istinaDən xəbər verir ki, futbolçunun 18 yaşlı oğlu Emilio Ballak motosikletlə qəza törədib.

Qəzadan sonra güclü yanğın baş versə də, Emilio xilasedicilər tərəfindən yanmaqdan qurtarılıb. Xəstəxanaya aparılan 18 yaşlı Ballakın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mixael Ballak “Bayern Münih”, “Chelsea” ve “Bayer Leverkusen” kimi komandalarda oynayıb.