Əfv gözlənilir

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda komissiyaya daxil olan daha 130 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 487-yə çatıb.

İclaslar qarşıdakı günlərdə də keçiriləcək.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.

Yeniçağ.az

media-ziraat-728x90

Əfv gözlənilir

media-hightechnic-468x90

TMayın 10-da əfv fərmanı gözlənilir.

Açıqlama verən hüquq müdafiəçiləri də mətbuatda yayılan fikirlərin həqiqətə uyğun ola biləcəyini vurğulayıblar.

“Prezidentin müstəsna hüququdur” Deputat Çingiz Qənizadə bildirdi ki, əfv vermək Prezidentin müstəsna hüququdur. Onun sözlərinə görə, əfvin verilib-verilməyəcəyini ancaq Prezident deyə bilər: “Amma ümumilikdə götürdükdə məndə belə inam var ki, cənab Prezident iyun ayında Avropa Şurası Parlament Assambleyasında çıxış etməyə gedəcəksə, ondan əvvəl mütləq əfv fərmanı imzalayacaq. Çünki Prezident hər zaman humanist olub. Məhz humanizm mövqeyindən çıxış edərək dəfələrlə əfv fərmanları verib. Hesab edirəm ki, bu dəfə də növbəti addım atacaq”. “Prezidentə müraciət etmişik” Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, onlar əfv fərmanını gözləyirlər. Onun fikrincə, əfv fərmanı ya mayın 10-da, ya da 28-də ola bilər: “Ancaq dəqiq deyə bilmərik ki, bu tarixlərin hansında olacaq. Çünki mayın 10-da Heydər Əliyevin doğum günü, mayın 28-də isə Respublika günüdür. Prinsipcə, bu günlərin birində əfv ola bilər”. Cəfəroğlu deyib ki, onun əfvlə bağlı müəyyən ehtimalları var: “Hesab edirəm ki, gələn həftə həbs edilən NİDA-çılarla bağlı məhkəmə prosesi də yekunlaşacaq. Bununla da, onların əfv fərmanına düşmə ehtimalı yaranacaq.

Ancaq biz indidən kimin azad ediləcəyini deyə bilmərik”. Hüquq müdafiəçisi daha sonra deyib ki, artıq onlar əllərində olan siyahını həm Əfv Komissiyasına, həm də Prezidentə göndəriblər: “Bizim siyahımızda otuza yaxın məhbusun adı qeyd edilib. Ümid edirik ki, onlar əfv fərmanına düşəcək”. “Biz əfvi  gözləyirik” Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirdi ki, may ayının sonuna qədər əfvin veriləcəyini gözləyir və ümid edir. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcək: “Bu çox məsuliyyətli bir işdir. Hesab edirəm ki, Azərbaycan dövləti belə məsuliyyətli bir vəzifəni qəbul edərkən demokratiya və insan hüquqlarına dair mövqeyini bir daha ifadə edəcək.

Odur ki, biz əfvin veriləcəyini gözləyirik. İndiyə qədər çoxlu sayda əfv verilib və yüzlərlə insan azad edilib. Ümid edirik ki, mayın sonlarına qədər daha belə bir sevinc yaşayacağıq”(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600