!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər gündə 2-si öldürülsəydi, 25 ildə 37 min erməni məhv edilərdi... ” – Fərəc Quliyev

!Reklam – Yazi

“Onlar bizim işğal edilmiş ərazilərdən çıxardıqları qızıl hesabına yollar çəkirlər, müxtəlif işlər görürlər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün başlayan payız sessiyasının ilk iclasında çıxış edən millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfinin qəti addımlar atmaması nəticəsində ermənilər işğal etdikləri ərazilərimizdə çox rahat yaşayırlar:

“Ermənilər bizim hesabımıza güclənirlər, bizim yataqlarımızdan çıxardıqları qızıl hesabına yol çəkirlər, başqa işlər görürlər.

Biz ermənilərə qarşı hərbi əməliyyatları artıq nəzərdən keçirməliyik. Ermənilər o bölgədə belə rahat olmamalıdırlar. Əgər gündə 2 erməni öldürsəydik, bu, 25 ildə 37 mindən çox erməni demək idi”.

www.yenicag.az

3880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv