Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əgər İran Azərbaycanla sərhəddə bir fişəng belə partlatsaydı...” – ŞƏRH

Reklam: Sinerji Pro

“Xalqı acından ölən, iqtisadi səfalətə düçar olan İran müharibəyə başlaya bilməz”.

Bu fikirləri İranın son həftələrdə Azərbaycana qarşı aqressiv davranışlarının artmasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

DAK nümayəndəsinin sözlərinə görə, İran Azərbaycanla sərhədə qoşun yığsa da, bu cəhdlərinin boş olduğunu özü də bilir:

“İranın ictimai rəyi bu ölkənin Azərbaycanla sərhədə qoşun yığmasına, Azərbaycanın qanuni haqlarını pozmağa təşəbbüs göstərməsinə çox mənfi yanaşır. Yəni İrandan verilən müəyyən mesajlardan və dostların çatdırdığı məlumatlardan bu qənaətə gəlmək olar. Əslində, İrannın təcavüzkar siyasət izləməsi bütün dünyaya bəllidir.

Bununla yanaşı, İrandakı şovinist çevrələr Azərbaycan əleyhinə iddialar irəli sürməkdədirlər. Onların dilindən “Azərbaycan bizimdir, oranı qaytarmalıyıq” kimi sərsəm bəyanatlar səslənir.

Yaxşı, vaxtilə indiki Gürcüstan, Ermənistan və başqa ərazilər də çağdaş İran hüdudlarında mövcud olmuş dövlətlərin tərkibində olub. O halda, həmin ölkələri da qaytaracaqsanmı? Necə qaytaracaqsan? Göründüyü kimi, tam absurd iddialardır.

Ümumiyyətlə, İranın Azərbaycana bir güllə atması belə mümkün deyil. Əgər sərhəddə bir fişəng də partladılsaydı, bu, İranın parçalanmasına gətirib çıxaracaqdı. İran bir tərəfdən Azərbaycan, digər tərəflərdən ərəblər və “Taliban”la da qarşı-qarşıya qalacaqdı. İran indi də haqqında çox danışılan Zəngəzur dəhlizində hərbi baza qurmaq xəyalına düşüb. Amma əlbəttə ki, bu da baş tutan iş deyil.

Yeni deyirəm, İran Azərbaycanla sərhədə qoşun yığsa da, bu cəhdlərinin boş olduğunu özü də bilir. Açıq deyim, xalq da daxildə bunu yaxşı qarşılamayıb. Xalqı acından ölən, iqtisadi səfalətə düçar olan İran müharibəyə başlaya bilməz”.

A.Zeynalov

www.yenicag.az

508
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100