“Əgər İran nüvə silahı əldə edəcəksə...” – Tehrana qarşı KƏSKİN RİTORİKA

media-hightechnic-468x90

 

“İran nüvə silahı əldə edəcəksə, Səudiyyə Ərəbistanı, Türkiyə və bir neçə ölkə də bunu istəyə bilər”.

Bu sözləri MAQATE direktoru Rafael Qrossinin “İranın nüvə silahını əldə etməyi yaxındır” bəyanatını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, İranın nüvə silahını əldə etməsi ABŞ-nin və İsrailin maraqlarına ziddir:

“İran uzun illərdir ki, uranın zənginləşdirilməsi ilə məşğuldur. tEHRAN nə qədər nüvəni dinc məqsədlər üçün istifadə etmək istədiyini desə də, bilirik ki, nüvə silahı həm təhdid, həm də çəkindirmə üçün vacibdir. İran nüvə silahını əldə edəcəyi təqdirdə Yaxın Şərqdə vəziyyət bir qədər də mürəkkəbləşəcək. Ötən il gördük ki, İran İsraili raketlərlə vura bilir. O raketlər nüvə başlığı daşıyacaq gücdədir. Bu da o anlama gəlir, İran İsraili real olaraq təhdid edə bilər”.

Onun fikrincə, ABŞ çox cəhd edir ki, İranla razılıq əldə olunsun:

“Ancaq İran bilərəkdən vaxtı uzadır. Bu da “İran nüvə silahını əldə etməyə yaxındır” iddialarını gücləndirir. İran nüvə silahı əldə edəcəksə, Səudiyyə Ərəbistanı, Türkiyə və bir neçə ölkə də bunu istəyə bilər. Hazırda dünyada nüvə silahının sayının azaldılması yönündə danışıqlar gedir. Əgər İran bu silahı əldə etsə, bu azalmaya yox, çoxalmaya doğru gedə bilər”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600