Mourinyo “Real”da yeni oyun sistemini müəyyənləşdirdi

media-hightechnic-468x90

Real”ın yeni baş məşqçisi Joze Mourinyo komandanın hansı taktiki sxemlə çıxış edəcəyinə qərar verib.

media-banner_tuq


Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Mario Korteqana məlumat yayıb. Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis Madrid təmsilçisini əsasən “4-2-3-1” sxemi ilə meydana çıxarmağı planlaşdırır.

Bildirilir ki, bu sistemdə iki dayaq yarımmüdafiəçisi çıxış edəcək. Onlardan biri yalnız müdafiə funksiyalarını yerinə yetirəcək və bu rola əsas namizəd Orelien Tçuamenidir.

İkinci dayaq yarımmüdafiəçisinə isə daha çox sərbəstlik veriləcək. Bu mövqedə Federiko Valverde çıxış edə bilər. Əgər “Real” yay transfer pəncərəsində yeni yarımmüdafiəçi heyətinə qatsa, həmin futbolçunun da bu rolda oynamaq ehtimalı var.

Qeyd edək ki, “Real” ötən mövsüm İspaniya La Liqasını 2-ci pillədə başa vurub. Madrid təmsilçisi çempionluq yarışında “Barselona”ya uduzub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05