Əhali Rusiyadan baş götürüb qaçır: “Çox adam öz satqınlığını göstərdi” - Putinin sözçüsü
Rusiya prezidentinin, “Cəmiyyət öz-özünə təmizlənir”, – fikrinə Kremldən absurd şərh verilib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Kremlin rəsmi təmsilçisi Dmitri Peskov ölkə başçısının “öz-özünə təmizlənmə” fikrinin Ukraynada aparılan “xüsusi əməliyyat” fonunda Rusiyanı tərk edənlərə aid olduğunu deyib.
Peskov indiki şəraitdə ölkədən gedənləri “satqın” adlandırıb:
“Çox adam öz satqınlığını göstərdi. Onlar özləri bizim həyatımızdan yoxa çıxırlar. Biri vəzifəsindən, o biri aktiv fəaliyyətindən, digərləri isə ölkədən gedirlər”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün keçirilən müşavirədə “hazırda ölkədə cəmiyyətin öz-özünə təmizlənməsi prosesi”nin getdiyini bildirib.