Xərçəngdən əziyyət çəkən jurnalist üçün KAMPANİYA BAŞLADILDI - DƏSTƏK OLAQ
Xərçəng xəstəliyindən əziyyət çəkən həmkarımız Gülşən Şərifin müalicəsi üçün genişmiqyaslı yardım kampaniyasına start verilib.
Yenicag.az xəbər verir ki, hazırda səhhətində ciddi problemlər yaranan jurnalist Gülşən Şərifi qarşıda çətin və bahalı müalicə prosesi gözləyir. Həmkarımızın tam sağalması üçün 9 seans kimyaterapiya və ağır cərrahi əməliyyat keçirməsi zəruridir.
Məlum xəstəliklə mübarizədə Gülşəni tək qoymayan media mənsubları və dostları onun müalicə xərclərinin qarşılanması məqsədilə xalqımıza və xeyriyyəçi şəxslərə çağırış edib. Qeyd edək ki, Gülşən Şərif ailəlidir, bir övlad böyüdür.
Həmkarımızın yenidən sağlığına qovuşması və peşə fəaliyyətinə qayıtması üçün hər birimizin dəstəyi mühümdür.
Yardım etmək istəyənlər üçün bank rekviziti:
KART: 4169 7388 9054 9276
“Yeni Çağ” Media Qrup kollektivi olaraq həmkarımıza Allahdan şəfa diləyir, bu çətin sınaqdan qalib çıxacağına inanırıq!












