Zelenski Trampla görüşün məhsuldar keçdiyini bildirdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski Davosda ABŞ Prezidenti Donald Trampla görüşün məhsuldar keçdiyini bəyan edib.

Yenicag.az xəbər verir ki, o bu barədə sosial şəbəkələrdə bildirib.

“Prezident Trampla yaxşı, məhsuldar və məzmunlu görüşümüz olub. Komandaların işini müzakirə etdik və demək olar ki, hər gün görüşlər və ya danışıqlar baş tutur. Sənədlərin hazırlanması irəliləyir”, – o yazıb.

Onun sözlərinə görə, danışıqlar zamanı xüsusi diqqət Ukraynanın hava hücumundan müdafiə (HHM) məsələsinə yönəldilib. Zelenski vurğulayıb ki, amerikalı liderlə əvvəlki görüş Ukrayna hava məkanının müdafiəsinin möhkəmlənməsinə kömək edib. O, hazırkı razılaşmaların da ölkənin HHM-ni gücləndirəcəyinə ümidvar olduğunu qeyd edib.

“Əvvəlki HHM raketləri paketi üçün təşəkkür etdim və əlavə paket də xahiş etdim. İnsan həyatının müdafiəsi, bizim dözümlülüyümüz, birgə diplomatik iş”, – deyə o əlavə edib.

Daha əvvəl Tramp da Davosda Zelenski ilə danışıqları məhsuldar adlandırmışdı./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa