Qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır
Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı dövlət proqramı hazırlanır.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asif Əsgərov deyib.
Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: “Bu müəyyən qədər bizim bu komitənin iş planında aid olan məsələlərdən biridir. Çünki bu günləri ekoloji tarazlıq və xüsusən insanların bu istiqamətdə öz problemlərinin həll olunması üçün qazlaşdırmadan istifadə etməsi vacib məsələlərdən biridir”.
O qeyd edib ki, artıq müvafiq nazirliklərdən aldığı məktuba görə, 2026-2030-cu ildə bununla bağlı müəyyən bir dövlət proqramının hazırlanması da nəzərdə tutulur: “Hazırda müzakirələr aparılır. Bu, çox vacib məsələlərdən biridir. Düşünürəm ki, komitə olaraq bizim bunu birgə dəstəkləməyimiz bu problemlərin aradan qalxmasına çox böyük təsir edər”./unikal












