Bu il Azərbaycanda minimum əməkhaqqı artırılacaq?

media-hightechnic-468x90

“Əmək Məcəlləsinə təklif edilən dəyişiklik birmənalı şəkildə minimum əməkhaqqının artırılması ilə bağlı dövrülüyü təmin edəcək. Azərbaycanda mütəmadi olaraq minimum əməkhaqqının artırılması ilə bağlı qərarların verilməsini müşahidə edirik. 2025-ci ilin sosial paketi çərçivəsində minimum əməkhaqqının artırılması həyata keçirildi”.

Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni dəyişikliklərə əsasən, minimum əməkhaqqı il ərzində ən azı bir dəfə artırılacaq və onun məbləğinə baxılıb dəyişdiriləcək:

“Təbii ki, bu, minimum əməkhaqqındakı artım tempinin daha da intensivləşməsinə xidmət edəcək. Nəzərə alsaq ki, minimum əməkhaqqı alan vətəndaşlarımız daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlarımızdır. O baxımdan belə dövrülüyün təmin edilməsi bu istiqamətdə sosial təminat tədbirlərinin gücləndirilməsinə gətirib çıxaracaq. Qanunvericiliyin tələbinə uyğun olaraq dəyişikliklər qəbul olunduqdan sonra növbəti bir il ərzində minimum əməkhaqqı məbləğinin dəyişdirilməsini müşahidə edə bilərik. Bu qanunvericilik tələbinə çevriləcək.

Pensiyanın indeksləşdirilməsi ilə bağlı tələb “Əmək pensiyaları haqqında” qanunda öz əksini tapdığı üçün hər il bu istiqamətdə addımların atılması reallaşır. Ona görə qanun çərçivəsində müəyyənləşdirilən şərtlər qanunun tələbinə uyğun olaraq reallaşır. Bu baxımdan, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə qəbul olunduqdan və cənab Prezident tərəfindən təsdiqləndikdən sonra il ərzində minimum əməkhaqqının artırılmasını, dəyişdirilməsini müşahidə edəcəyik”.

Qeyd edək ki, Əmək Məcəlləsinə yeni dəyişiklik təklif olunur. Minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa