“Əhmədli” metrosunun yaxınlığında şübhəli əşya tapıldı

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05