Ekologiyaya ziyan vurulması ilə əlaqədar 2 cinayət işi açılıb – Oğuzda

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz rayon Polis Şöbəsi (RPŞ) tərəfindən 51 inzibati protokol tərtib olunub.

Yenicag.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Oğuzda meşələri qıranlara və qanunsuz ağackəsmə ilə məşğul olanlara qarşı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir.

Bu ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 252-ci maddəsi ilə yəni, meşəqırma fondundan istifadənin oduncağın tədarük edilib daşınması qaydasının pozulmasına görə 6 fakt, meşəqırma bileti olmadan meşə fondunun kök üstə yaş ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsinə görə 6 fakt, meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə 5 fakt, İXM-nin 244.2-ci maddəsi ilə, yəni torpaqların, meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə 34 fakt qeydə alınıb və barələrində müvafiq tədbirlər görülüb. Eləcə də Oğuz RPŞ tərəfindən CM-nin 259.1-ci maddəsi ilə iki cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.

Oğuz RPŞ Şöbəsi tərəfindən qeyd olunan inzibati xətaların aşkarlanması üzrə tədbirlər davam etdirilir.

COP29