Ekspertdən sərt cavab

media-hightechnic-468x90

ssssssss“Yayım Şurası varsa, ikinci bir bədii şura yaratmağa nə ehtiyac var?”

Bu sözləri  açıqlamasında media eksperti Zeynal Məmmədli bildirib.

O, dövlətdən maliyyələşən televiziyalarda bu funksiyanı yerinə yetirən şuraların olduğunu qeyd edib:

“İctimai TV-də Yayım şurası, Azərbaycan televiziyasında isə bu funksiyanı direktorlar şurası həyata keçirir və onlar menecment qrupu formalaşdıraraq bu işə nəzarət edirlər. Əgər Yayım Şurası varsa, ikinci bir bədii şura yaratmağa nə ehtiyac var? Əgər televiziyalar sosioloji sorğu apararaq tamaşaçının nə istədiyini öyrənmirlərsə, o zaman bədii şuralar tamaşaçının da marağında deyil. Əgər bazar sərbəst deyil və monopoliya varsa, bu şəraitdə bədii şura öz fəaliyyətini təbii ki, doğrultmayacaq”.

O, “Xəzər” televiziyasında vəziyyətin ürəkaçan olmasını isə kanalın menecment qrupunun işlərini səliqəli görməsi ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün MTRŞ sədri Nuşirəvan Məhərrəmli Televiziya kanallarında Bədii şuraların fəaliyyəti doğrultmamasıyla bağlı açıqlama verib. O, televiziyalar sırasında tək ürəkaçan vəziyyətin “Xəzər” telekanalında olduğunu qeyd edib(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600