Əl çalanda çıxan səsin necə meydana gəldiyi müəyyənləşdirildi: "Şak" həm də kimliyimizdir - ARAŞDIRMA

media-hightechnic-468x90

Alimlər əl çalarkən çıxan “şak” səslərinin necə yarandığını nəhayət tam olaraq müəyyənləşdiriblər.

Yenicag.az xəbər verir ki, fizikanın incəliklərini ortaya çıxaran bu araşdırma “Physical Review Research” jurnalında dərc edilib.

Tədqiqat göstərir ki, əl çalmanın səsi sadəcə iki əlin bir-birinə toxunması ilə yox, ovuc arasında sıxışdırılıb sürətlə çıxan hava boşluğu nəticəsində yaranır. Bu hadisə hava molekullarının titrəməsinə səbəb olur və nəticədə qısa, kəskin bir səs ortaya çıxır.

ABŞ-də Kornel və Mississippi universitetlərindən olan alimlər əl çalma prosesini canlı təcrübələr, nəzəri modellər və silikon əllər vasitəsilə tədqiq ediblər. Onlar əlin forması, sürəti və dəri elastikliyi kimi faktorları dəyişərək səsin şiddətinə və müddətinə təsir göstəriblər.

Araşdırmada hava titrəməsi boş şüşə ağzına üfürüləndə yaranan səsə bənzədilib və bu, “Helmholtz rezonansı” adlanan prinsipə əsaslanır. Lakin insan əli kimi elastik “divarlar” səsi udduğuna görə səs qısa və intensiv olur.

Alimlər bu araşdırmanın musiqi təlimində, həmçinin gələcəkdə şəxsiyyət identifikasiyası üçün istifadə oluna biləcəyini bildirirlər. Tədqiqatçılardan Dr. Liu qeyd edir: “Bir insanın əl çalmasından onun kim olduğunu müəyyən edə bilərik”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600