Cövdət Yılmaz: “Türkiyə iqtisadiyyatı fasiləsiz böyüyür”

media-hightechnic-468x90

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz 2025-ci ilin ilk rübünə dair iqtisadi göstəriciləri şərh edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, sosial media hesabında yayımladığı açıqlamada ölkə iqtisadiyyatının dinamikliyini qoruduğunu və davamlı böyümə yolunda olduğunu vurğulayıb.

Yılmaz bildirib ki, Türkiyə iqtisadiyyatı 2025-ci ilin birinci rübündə illik əsasda 2%, mövsümi və təqvim təsirlərindən arındırılmış şəkildə isə 2,7% böyüyüb. O, iqtisadi artımın 19 rübdür fasiləsiz davam etdiyini qeyd edib.

“İnflyasiyaya qarşı aparılan siyasət daxili tələbatda tarazlı artımı dəstəkləyir. İstehlakda 1,9%, sərmayələrdə 2,1%, dövlət xərclərində isə 1,2% artım qeydə alınıb. Bu göstəricilər maliyyə intizamına və sərt siyasətlərin sərmayələrə təsirinin azaldılmasına verdiyimiz əhəmiyyəti göstərir”, – deyə Yılmaz vurğulayıb.

İxracın artıma məhdud təsir etdiyini deyən Yılmaz enerji idxalının artması və zəif xarici tələbin bu vəziyyətə səbəb olduğunu, lakin bunun ciddi risk sayılmadığını bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05