!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq - Bu gün

!Reklam – Yazi

Bu gün Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.

Xatırladaq ki, 23 dekabr 2019-cu il tarixində 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsi üzrə 5049 məntəqədə 1606 bələdiyyə üzrə 15156 bələdiyyə üzvü yerinə seçkilər keçirilib. Seçkilərdə 41462 namizəd iştirak edib.

Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səsvermədə iştirak edib.

MSK 2019-cu il 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçkilərin nəticəsini ləğv edib.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bu iki məntəqənin nəticələri ləğv edildiyindən Ağdaş bələdiyyəsi üzrə səsvermənin nəticəsi də etibarsız hesab olunub.

Bundan başqa, MSK 2019-cu il 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 24 saylı seçki məntəqəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib.

Eyni zamanda həmin məntəqələrin məntəqə seçki komissiyaları buraxılıb. Ancaq iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.

COP29

www.yenicag.az

942
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv