Əl-Qaidə Rusiyada partlayışlar törədə bilər
“Əl-Qaidə”nin Rusiya və Avropada partlayışlar törətmək planları varmış.
Yenicag.az müsavat-a istinadən bildirir ki, 2011-ci ildə Pakistanda bin Ladenə qarşı aparılan əməliyyat zamanı ələ keçirilən sənədlərdən məlum olub.
Məsələ ilə bağlı sənədlər 25 fevralda keçirilən Nyu-York məhkəməsinə təqdim olunub. Məhkəmə Nyu-York metrosunu və Mançesterdəki ticarət binasını partlatmaq istəyində ittiham olunan Pakistan əsilli Abid Nasir ilə bağlı keçirilib.
Bin Laden olan adına olan məktubda “Əl-Qaidə” üzvlərinin Rusiyada qaz kəmərini partlatmaq və ABŞ səfirliyinə hücumlar təşkil etmək istəyi əks olunub. Həmçnin Böyük Britaniyada partladılmalı olan bir neçə obyekt göstərilib.
Məktubun müəllifi və göndərilmə tarixi gizli saxlanılır.