Elçin Behbudov Zakir Həsənovla görüşdü
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov yanvarın 17-də müdafiə naziri Zakir Həsənovla görüşüb. Görüşdə orduda hüquq və azadlıqların təmin edilməsi məsələləri müzakirə olunub.
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, Elçin Behbudovun Turan-a verdiyi məlumata görə, müdafiə nazirinin yanında ölkənin hərbi prokuroru ilə xüsusi görüş keçirilib. Görüşdə güc qurumlarının rəhbərləri ordudakı cinayətlərin beynəlxalq standartara uyğun şəkildə araşdırılmasını müzakirə ediblər.
Elçin Behbudovun sözlərinə görə, bəzən hətta cüzi hüquq pozmalara görə hərbçilər cinayət məsuliyyətinə cəlb edilir, halbu ki, inzibati həbslərlə də kifayətlənmək olar.
Nazir hüquq müdafiəçisinə əsgərlərin yemək və sosial şəraitinin yaxşılaşdırıldığını, xəstəliklərin azaldığını bildirib.