!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçin Əmirbəyov: "Biz heç vaxt Ermənistanla sülhə bu qədər yaxın olmamışıq"

!Reklam – Yazi

“Ermənistanla sülh danışıqlarında mühüm irəliləyiş var”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Qudzon İnstitutundakı onlayn seminarda çıxışı zamanı deyib.

“Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdik. Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz ildir vasitəçilik fəaliyyəti mövcud olub. Lakin ötən dekabrda hər iki ölkə qərara gəlib ki, danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub”, – deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.

Əmirbəyovun sözlərinə görə, danışıqlar masası üzərində olan sülh sazişinin mətninə nəzər salsaq, tərəflər onun başa çatmasına çox yaxındırlar.

“Azərbaycan bütün beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmaq, eləcə də bu münaqişənin əsasında duran problemin, yəni Ermənistanın Azərbaycana ərazi iddiaları məsələsini birdəfəlik həll etmək üçün mümkün olan hər şeyi etmək niyyətindədir. Buna görə də biz ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımi qaydada həll olunacaq və biz təhlükəsiz, davamlı və dönməz sülhə nail ola biləcəyik”.

Sülh müqaviləsinin imzalanmasının mümkün vaxtı barədə danışan Əmirbəyov qeyd edib ki, vaxtı açıqlamaq yersizdir.

“Bu, daha çox Ermənistan tərəfinin sülh sazişinin başa çatması yolunda qalan yeganə maneəni, yəni Azərbaycana qarşı Konstitusiyada təsbit olunmuş ərazi iddialarını aradan qaldırmaq qabiliyyətindən və istəyindən asılı olacaq. Artıq qeyd edildiyi kimi, sülh sazişinin mətninin böyük hissəsi razılaşdırılıb. Qalan məsələlərin hamısı həyata keçirilə bilər, lakin biz bu münaqişənin ən ekzistensial səbəbinə, daha doğrusu Ermənistan Konstitusiyasındakı ərazi iddialarına göz yumaraq, uzağa gedib sülh sazişi imzalaya bilmərik. Ona görə də bu məsələ nə qədər tez həll edilərsə, bir o qədər tez yekun qərara gələrik”, – deyə Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.

COP29

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv