Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.
Yenicag.az xəbər verir ki, struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda üç təşkilat ləğv edilib.
Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib.
Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir./Bakupost/
www.yenicag.az