Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Eldar Əzizovdan MTK rəhbərlərinə XƏBƏRDARLIQ

Paytaxtın bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binanın dezinfeksiya işləri mərhələli şəkildə aparılır.

Dezinfeksiya işlərinin qısa müddətdə başa çatdırılacağı bildirilib:

“Həmçinin kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə BŞİH tərəfindən xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri qısa müddətdə başa çatdırılsın”.

Qeyd edilib ki, həmçinin Bakıda 346 bağça mərhələli şəkildə dezinfeksiya edilir.

Loading...

www.yenicag.az

618
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100