Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə niyə məhəl qoymur? - Xəbərdarlıq edildi

media-hightechnic-468x90

Eldar Qəribovun bankı “Unibank” ASC Mərkəzi Bankın tələblərinə məhəl qoymur. 

Yenicag.az Valyuta.az-a istinadən xəbər verir ki, xəbər verir ki, Mərkəzi Bank sözügedən bankın “Banklarda korporativ idarəetmə Standartları”nın 8.2.5-ci yarımbəndini pozduğunu açıqlayıb.

Yəni, bank aparılmış daxili audit yoxlamaları barədə hesabatı vaxtında Mərkəzi Banka təqdim etməyib, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatları təqdim etməyib.

AMB bununla bağlı olaraq “Unibank”a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

Qeyd edək ki, “Unibank”ın səhmlərinin 94,8%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara məxsusdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600