Elektron siqaretdən istifadə edən yeniyetmələrin bədənlərində qurğuşun və uran da daxil olmaqla zəhərli metallar toplanır.
Yenicag.az xəbər verir ki, bu barədə Nebraska Universitetinin alimlərinin “Tobacco Control” (TC) jurnalında dərc etdirdikləri araşdırmada qeyd edilib.
Araşdırmada 13-17 yaş arası 1607 insan iştirak edib. Yekun təhlilə 200 vaperin məlumatları daxil edilib.
Sidik nümunələrinin təhlili göstərib ki, qurğuşun səviyyəsi nadir hallarda siqaret çəkənlər arasında 40 faiz, müntəzəm siqaret çəkənlər arasında isə 30 faiz daha yüksəkdir.
Elektron siqaretdən tez-tez istifadə edənlər arasında sidikdə uranın səviyyəsi də təsadüfi istifadəçilərlə müqayisədə iki dəfə yüksək olub.
Alimlər belə qənaətə gəliblər ki, yeniyetməlik dövründə elektron siqaretdən istifadə beyin və orqan inkişafına mənfi təsir göstərən metallara məruz qalma ehtimalını artıra bilər.
www.yenicag.az