!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Xameneinin nümayəndələri: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur”

!Reklam – Yazi

İranın Ali Dini lideri Əli Xameneinin Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki nümayəndələri birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bəyan ediblər.

“Euronews” telekanalının verdiyi məlumata görə, bəyanatda deyilir ki, Azərbaycan hökuməti torpaqlarını geri qaytarmaq üçün qanuni fəaliyyət göstərir.

Əli Xameneinin nümayəndələri vurğulayıblar ki, İran Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilərkən hər zaman Azərbaycan Respublikasına kömək edib.

Bəyanatda həmçinin bildirilir ki, hazırda Naxçıvana gedən yeganə quru yolu İran ərazisindən keçir və İslam Respublikası bu yolu Azərbaycanın ixtiyarına verib.

Bəyanatda Ermənistanla son qarşıdurmanın qurbanları Azərbaycan xalqının şəhidləri olduğu vurğulanır.

Əli Xameneinin dörd vilayəti üzrə nümayəndəsi ümid edir ki, Qarabağ müharibəsi Azərbaycanın qanuni hüquqlarının reallaşması ilə ən qısa müddətdə sona çatacaq.

Qeyd edək ki, Azərbaycan-Ermənistan münaqişəsi dövründə İran hakimiyyəti ilk dəfədir tərəflərdən birini açıq şəkildə dəstəkləyir.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv