Əlillərə əmək pensiyası təyinatı bu QAYDADA aparılır
Əlilliyi olan şəxslərə əmək pensiyasının təyinatı “Əlillik haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapıb.
Yenicag.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov “Sosial saat” verilişində qonaq olarkən deyib.
Onun sözlərinə görə, qanuna müvafiq olaraq I qrup əlillərlə II və III qrup əlillərin əmək pensiyası təyinatında müəyyən fərq var:
“Belə ki, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. I qrup əlillərdən sığorta kapitalı tələb edilmir.