!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirdi

!Reklam – Yazi

Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yubileyi “qırmızı-qaralar”ın evdə I Divizion təmsilçisi “Araz Naxçıvan”a 5:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Kubokunun 1/8 final matçına təsadüf edib.

42 yaşlı mütəxəssisin bölgə klubunun baş məşqçisi kimi debütü 2019-cu il sentyabrın 14-də “Sabah”la səfər matçında gerçəkləşib. Komanda həmin görüşdə 1:0 hesablı qələbə qazanıb. Baxşıyevin rəhbərliyi altında Premyer Liqada 87, ölkə kubokunda 11, avrokuboklarda 2 matça çıxan “Qəbələ” 35 qələbə qazanıb, 27 heç-heçə edib və 38 dəfə uduzub.

Bundan başqa, əyalət təmsilçisi “Araz Naxçıvan”ı məğlub etməklə, Azərbaycan Kubokunda 40-cı qələbəsini qazanıb. Bu, “qırmızı-qaralar”ın kubokdakı 75-ci matçına təsadüf edib.

Yarışda 2005/06 mövsümündə debüt edən “Qəbələ” 22 dəfə evdə, 17 dəfə səfərdə, 1 dəfə neytral meydanda qalib gəlib. İlk qələbə 2005-ci il sentyabrın 14-də MOİK-lə ev matçına təsadüf edib – 2:0.

Həmçinin, bu, klub tarixində 5 və ya daha çox top fərqli 12-ci qələbədir. “Qəbələ” Premyer Liqada 6, Azərbaycan kubokunda 4, I divizionda 2 dəfə belə böyük fərqlə qalib gəlib.

Qeyd edək ki, “Qəbələ” 1/4 finalda “Qarabağ”a rəqib olub.

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv