Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri Volfqanq Maniqi qəbul edib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
V.Maniq etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Almaniyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
www.yenicag.az