!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov Latviyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşdü

!Reklam – Yazi

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, səfir D.Qarançs Latviyanın xarici işlər naziri Edqar Rinkeviçsin salamını E.Məmmədyarova çatdırıb. Öz növbəsində, E.Məmmədyarov D.Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

D.Qarançs etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv