Elmlər Akademiyasında Azərbaycan tarixinə xəyanətə bərabər müzakirələr

media-hightechnic-468x90

tekq6m33p01p3sa3il89a6hkm5amea (2)Vaqif Abişov: “Tariximizə bu cür yanaşma bağışlanılası hal deyil”

AMEA Tarix İnstitutunun mətbuat xidmətindən verilən xəbərə görə, iyulun 10-da Təhsil Problemləri İnstitutunda orta məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələ müzakirə edilib. Verilən məlumata görə müzakirə zamanı bildirilib ki, indidən sonra orta məktəblərdə “Azərbaycan tarixi” ayrıca fənn kimi tədris olunmayacaq. Təklif edildiyinə görə xalqımızın tarixi Ümumi tarix və ya Dünya tarixinin tərkibində tədris olunacaq. Maraqlıdır ki, müstəqillik əldə edən hər bir ölkə məktəblərdə öz dövlətlərinin tarixinin öyrənilməsinə xüsusi diqqət yetirir. Azərbaycanda isə bəzi dairələr bunun əksini etməyə çalışırlar.

Yenicag.az- a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov Azərbaycan tarixinin ancaq Dünya tarixi tərkibində tədris olunmalı olduğu barədə səslənən bu fikirlərə qəti etirazını bildirdi: “Hələ bu məsələ müzakirə edilməmişdən öncə Təhsil Problemləri İnstitutu tərəfindən facebookda Azərbaycan tarixinin ayrıca fənn kimi tədrisinin ləğv olunacağı haqda məlumat yerləşdirilmişdi.

Lakin Tarix İnstitutunun təpkisi nəticəsində bu məlumat facebook səhifəsindən götürüldü. Ancaq görünür bu məsələ müzakirəyə çıxarılıb ki, belə bir məsələ var. Nəinki təkcə gənclərimizin milli tariximizi öyrənməsi baxımından, habelə ümumazərbaycan və dünya azərbaycanlıları çərçivəsində götürsək görərik ki, bu cür yanaşma bağışlanılası hal deyil. Azərbaycan tarixinin ayrıca deyil, ümum tarix adı ilə orta məktəblərdə tədrisi məsələsi elmi, tarixi və mənəvi cəhətdən tamamilə yararasız təklifdir. Azərbaycanı sevən hər bir şəxs buna qəti etirazını bildirməlidir. Əksinə, orta məktəblərdə Azərbaycan tarixi üzrə dərslər genişləndirilməlidir. Ümumi tarixin həcmi isə azaldılmalıdır. Orta məktəblərdə qədim dövrə aid yunan-iran müharibələri iki-üç paraqrafda verilir, bu nəyə lazımdır? Görək dünya ölkələri öz tarix fənninə Azərbaycan tarixinə aid bir cümlə də olsa salıbmı? Xeyir, onda biz nədən buna gedirik? Hər bir xalq öz tarixini sevməli və öyrənməlidir, sevməsə onu da əllərindən alacaqlar. Gözümüzün qarşısında erməni faşistləri tariximizi, mədəniyyətimizi, torpağımızı almaqda davam edir. Dünyanın heç bir yerində bizim kimi öz tarixinə yanaşan yoxdur. Azərbaycan tarixinin ayrıca fənn olaraq tədrisinin ləğv edilməsi məsələsi hardan çıxdı, kimin təklifidir, burada hansı məqsədlər güdülür? Bunlar araşdırılmalıdır. Məsələ ictimailləşdirilməlidir ki, həmin ideyanı ortaya atanlar bu məqsədindən əl çəksinlər. Azərbaycan tarixi yaxşı tədris olunmalıdır ki, gələn nəslimiz də Vətən tarixinin nədən ibarət olduğunu bilsin”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600