Xəbər verdiyimiz kimi, AMEA İşlər İdarəsinin müdiri, sabiq millət vəkili Elton Məmmədov 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak edəcək.
Yenicag.az xəbər verir ki, o, namizədliyini artıq 94 saylı Ucar seçki dairəsindən irəli sürüb.
Hakim Yeni Azərbaycan Partiyasının 94 saylı Ucar seçki dairəsindən namizədi isə Ramil Sahib oğlu Həsəndir. R.Həsən 6-cı çağırış Milli Məclisin deputatıdır, yəni 2020-ci il seçkisində də YAP-ın Ucar seçki dairəsindən namizədi olub və deputat seçilib.
Elton Məmmədov da bundan öncə 3 dəfə – II, III və IV çağırış Milli Məclisin deputatı olub və hər üçündə Ucar seçki dairəsindən seçilib.
Bu seçkilərdə 94 saylı seçki dairəsində ciddi mübarizə ehtimalı yüksəkdir və yaxud E.Məmmədov geri çəkilə bilər. Çünki o, YAP-ın deputat siyahısı açıqlanmadan namizədliyini irəli sürüb./axar.az
www.yenicag.az