Əməkdar artist: "Elə bildim ürəyim partlayacaq" 

media-hightechnic-468x90

Öldüm, ölümdən qayıtdım, sanki o dünyanı gəzib gəldim”.

Koronovirusa yoluxan və səhhəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilən əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova evə buraxılıb.

Yenicag.az-a açıqlama verən aktrisa səhhəti barədə danışıb:

“Öldüm, ölümdən qayıtdım, sanki o dünyanı gəzib gəldim. Səhhətimin belə ağırlaşacağını gözləmirdim. Qəfildən halım pisləşdi, boğulurdum, nəfəs ala bilmirdim. Həmin vaxt elə bildim ürəyim partlayacaq.
Nə qədər tanışlarım oldu ki, ciyərlərində kristallaşma oldu. Allah istədi ki, məndə belə hal yaşanmadı. Çünki bu virus elədir ki, ciyərdə kristallaşma prosesi gedir və insanı xilas etmək mümkün olmur. İnsanların duaları məni bu bəladan qurtardı. İki-üç gündür xəstəxanadan çıxmışam, çox şükür yaxşıyam. Dəhşətli virusu yendim”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600