Əməkdar artistdən keçmiş DUET ORTAĞINA: "Video çəkib yaydı"

media-hightechnic-468x90

“O mənim şərəf və ləyaqətimə toxunub. Buna görə onu bağışlamıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Sahib İbrahimov “Bir gün” verilişində deyib.

O, küsülü olduğu keçmiş duet ortağı Bəturə Hüseynova ilə bağlı açıqlama verib.

Həmkarı ilə küsülü olan sənətçi qarşı tərəfə barışıq üçün addım atmayacağını deyib:

“O mənimlə bağlı video çəkib yaydı. O videoda mənim şərəf və ləyaqətimə toxundu. Dedi, sən dünyagörüşünlə, təhsilinlə, görkəminlə mənə yaraşmırsan… Bunu ona heç yaraşdırmadım. Lap tutaq ki, hisslərə qapılıb o videonu yayıb, amma bu illər ərzində onu “YouTube”dan silməyib, hələ də o video “YouTube” dadır. Buna görə onu bağışlamram”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa