Qızıl bazarında TARİXİ REKORD: "Yaxın günlərdə qiymətlər..."

media-hightechnic-468x90

Qızıl qiyməti yenidən tarixi rekordları yeniləyib. Yeni ildə bu artımın davam edəcəyi gözlənilirmi? Azalma ehtimalı varmı, yoxsa yüksəliş trendi qorunacaq? Qızılın 2026-cı ildə mümkün maksimal səviyyəsi nə qədər ola bilər?

Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov Yenicag.az-a açıqlamasında qiymətli metal bazarındakı hazırkı durumu şərh edib.

R. Əmircanov belə yüksək səviyyələrdə qısamüddətli texniki korreksiyalar mümkün olacağı tədirdə, qızılın yaxın illərdə də investorlar üçün əsas qoruyucu və strateji aktivlərdən biri olaraq qalacağını proqnozlaşdırıb:

“Son günlərdə qlobal maliyyə bazarlarında qiymətli metallar, xüsusilə qızıl yenidən diqqət mərkəzinə düşüb. Qızılın qiyməti bir troya unsiyası üzrə 4 500 ABŞ dollarından yuxarı qalxaraq tarixi maksimum səviyyələrə çatıb. Bu göstərici bazarda yüksəliş trendinin yenidən gücləndiyini nümayiş etdirir.

Qiymətli metallar bazarında gümüş də xüsusi diqqət çəkir. Gümüş fyuçersləri unsiya üzrə təxminən 70 ABŞ dolları səviyyəsində formalaşaraq tarixi maksimumlara yüksəlib. İlin əvvəlindən bu günədək gümüşün qiyməti təqribən 120 faiz, qızılın qiyməti isə 70 faiz artıb ki, bu da qiymətli metallar bazarında ümumi yüksəliş tendensiyasını təsdiqləyir.

Mövcud bazar şərtləri göstərir ki, 2026-cı ildə də yüksəliş trendi, əsasən, qorunacaq. Baza ssenarisinə görə, qızılın unsiya üzrə qiymətinin 4 600–4 800 ABŞ dolları intervalında formalaşması mümkündür. Daha optimist ssenaridə isə qlobal risklərin artması və monetar siyasətin əlavə yumşalması fonunda qiymətin 5 000 ABŞ dolları səviyyəsinə qədər yüksəlməsi və il ərzində bu həddi keçməsi istisna edilmir”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa