Lunadan SƏRT İSMARIŞ: “Mənə axıtdığınız zəhərləri paketləyib özünüzə göndərəcəyəm”

media-hightechnic-468x90

“Mənə axıtdığınız zəhərləri paketləyib gələn Yeni ilə kimi özünüzə göndərəcəyəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında müğənni Luna deyib.

Sənətçi bitməsinə sayılı günlər qalan İlan ilində ona problem yaradan insanlardan danışıb. İlan ilində “ilan”larla mübarizə apardığını bildirib.

“At”dan isə gözləntiləri çoxdur:

“İlan ili mənim üçün şəxsi həyatımla bağlı çətin, söz-söhbətli, qalmaqallı keçdi. Çox ilanlar zəhərini mənə axıtdı. Demək olar, ilboyu o “ilan”ların zəhərini təmizləməklə məşğul oldum. Əsas odur, dostumu, düşmənimdən, pisi yaxşıdan ayıra bildim. Bir çox kobraları zəhərsizləşdirdim.

Eyni zamanda, gözəl işlər baş verdi. Gözümün ağı-qarası qızım ali məktəbə qəbul oldu. Amma “ilan”lar elə bilməsin ki, onlarla işim bitib. Elə deyil, qarşınızdakı qorxmaz, mübariz Lunadır. Nə qədər çox zəhər istehsal etsəniz də, o zəhərinizlə özünüzü məhv edəcəyəm. Mənim varlığım hər zaman yuxunuzu ərşə çəkib. Çünkü səsimi, sənətimi, varlığımı qısqanırsınız. Buradan həmin “ilan”lara səslənirəm: “Mənə axıtdığınız zəhərləri paketləyib gələn Yeni ilə kimi özünüzə göndərəcəyəm”.

At ilində də işlərim çox olacaq. İnşallah ki, at məni çox yüksəklərə qaldıracaq. İstər şəxsi həyatımda, istərsə də yaradıcılığımda böyük uğarlar məni gözləyir. Məni əzməyə çalışmayın, yoxsa “at” sizi tapdalayıb keçər”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa