Husilər və Yəmən hökuməti təxminən 3 min əsir mübadiləsi aparacaq

media-hightechnic-468x90

Yəməndə İranın dəstəklədiyi husilər və beynəlxalq səviyyədə tanınmış hökumət ümumilikdə təxminən 3 min nəfəri, o cümlədən yeddi səudiyyəlini əhatə edən məhbus mübadiləsi barədə razılığa gəlib.

Yenicag.az bu barədə “Times of İsrael”ə istinadən xəbər verir.

Hökumət nümayəndə heyətinin üzvü Məcid Fədail deyib ki, onlar husilərlə yeni mübadilə barədə razılığa gəliblər və bu razılaşma minlərlə müharibə əsirinin azad edilməsini nəzərdə tutur.

Husilərin nümayəndə heyətinin rəsmisi Əbdülqadir əl-Müsrtəda isə “X” platformasında yayımladığı açıqlamada bildirib: “Biz bu gün qarşı tərəflə 1 700 nəfər bizim məhbuslarımızın, 1 200 nəfər onların məhbusları ilə, o cümlədən yeddi səudiyyəli və 23 sudanlı ilə genişmiqyaslı mübadilə razılaşmasını həyata keçirmək üçün anlaşma imzaladıq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa