!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artistin ailə üzvləri koronavirusa görə xəstəxanaya yerləşdirildi - SON DƏQİQƏ

!Reklam – Yazi

Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, aktyor, əməkdar artist Sərvər Əliyevin ailə üzvləri də koronaviris şübhəsi ilə nəzarətə götürülüb.

Bunu Yenicag.az-açıqlamasında aktyorun sənət dostu və yaxın qohumu əməkdar artist Natiq Fərzəliyev bildirib:

“Qızı, oğlu və xanımı da xəstəxanaya aparılıb, şükür ki, onların vəziyyəti yaxşıdır. Koronavirus testi olunub, amma hələ nəticlər açıqlanmayıb”.

N.Fərzəliyev rejissorun yas mərasimindən qayıdandan sonra xəstələndiyini deyib:

“Sərvər qohumlarının yasına gedib qayıdandan sonra xəstələnib. On gün qızdırması olub, mənə deyəndə ki, vəziyyətim yaxşı deyil, bildirdim ki, xəstəxanaya getsin. Tez-tez əlaqə saxlayıram, güçlə, qırıq-qırıq danışır, reanimasiyaya yerləşdirilib. Şəkər xəstəsidir, ürəyinə stend qoyulub, indi də həkimlər sətəlcəm olduğunu deyir”.

Cəvahir

www.yenicag.az

1984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv