!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Əməkdar artistin SON DURUMU: “Xəstəliyini özündən gizlədirik” – Xanımından AÇIQLAMA

Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartal xəstəxanadan evə buraxılıb. 

Bu barədə Yenicag.az-a açıqlamasında aktyorun həyat yoldaşı Zərqələm Əliyeva bildirib.

O, həyat yoldaşının son durumu barədə danışıb:

“Özü ağır xəstəliyə düçar olduğundan xəbərsizdir. Xərçəng xəstəsi olduğunu həkimlər də, biz də gizlədirik ondan.

İstəmirik ümidsizliyə qapılsın. Xəstəxanadan evə gətirmişik. Uzanır, az-az danışır, çox zəifdir. Bəzən huşu gedib-gəlir. Heç bilmirik necə olacaq? Amma sağalacağına inanır. Deyir sağalacam, səhnəyə çıxacam, fəxri ad alacam, mənə ev verəcəklər, kirayədən canım qurtaracaq. Allaha təvəkkül, dua edirik ki, sağalsın, heç olmasa bir az yaşasın. Onsuz da onkoloji xəstədir, nə qədər yaşayacağını Allah bilir. Heç olmasa, sağlığında ev versəydilər, gözü arxada qalmazdı. Yaşamağa ümidi artardı. Adam illərini sənətə, səhnəyə həsr edib. Amma zəhmətinin bəhrəsini görməyib. Ömrüboyu kirayələrdə qalmışıq. Bu da onun səhhətinə təsirini göstərdi, çəkdiyi əziyyətlər, stress, çətinliklər onu yatağa saldı”.

Cəvahir

www.yenicag.az

211
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100