Əməliyyatdan sonra ölən məktəbli ilə bağlı xəstəxanadan AÇIQLAMA - FOTO

media-hightechnic-468x90

Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu yaşadığı evdə dünyasını dəyişib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, azyaşlı M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində əməliyyat olunub.

Məsələ ilə bağlı mərkəzdən sorğumuza verilən cavabda bildirilir ki, fevralın 1-i saat 20:25-də 2014-cü il təvəllüdlü vətəndaşın meyiti valideynləri tərəfindən Mərkəzə gətirilib: “Baxış zamanı meyitdə ölüm təsdiq olunub. Bununla bağlı aidiyyəti orqanlara dərhal məlumat verilib. Daha sonra meyit ekspertizaya göndərilib.

Əlavə məlumat üçün bildiririk ki, 2014-cü il təvəllüdlü vətəndaşa 25.01.2023-cü il tarixində Mərkəzdə tonzillektomiya əməliyyatı icra olunub və 26.01.2023-cü il tarixində kafi vəziyyətdə evə yazılıb”.

Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05