Əmrahın oğlunun nişanında səslənən “Yaşa Azərbaycan”ın müəllifi DANIŞDI – VİDEO

Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğanın nişan mərasimində cütlüyün “Yaşa Azərbaycan” mahnısının sədaları altlnda rəqs etməsi Türkiyə sosial mediasında marağa səbəb olub. Mahnıdan, ifadan söz edilsə də, müəllifin adı qeyd olunmayıb.

Mahnının söz və musiqi müəllifi tanınmış meyxanaçı Nurlan Ordubadlı Yenicag.az-a açıqlama verib:

“Bu videoları mənə dünən göndərdilər. Əlbəttə, qürurverici hissdir. Mənim bir çox mahnılarım, o cümlədən “Yaşa Azərbaycan” qardaş ölkəmiz Türkiyədə təkcə tədbirlərdə, şənliklərdə, özəl günlərdə deyil, tez-tez radiolarda səsləndirilir. Qaldı ki, adımızın qeyd olunmamasına, əsas odur xalq bizi sevir. Mənim üçün önəmli olan Vətən sevgisidir. Müharibədən sonra Qarabağda ilk konserti mən verdim. Bu mahnı orta məktəblərdə də oxunur. Mən bununla daha çox qürur duyuram. Mənim üçün mahnımın məktəblərdə oxunması, hansısa məşhurun övladının toyunda, ya özəl günündə səslənməsindən daha çox önəm daşıyır”.

Cəvahir