Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş kreditlərin 53,3 %-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşüb.
Yenicag.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bununla yanaşı, verilmiş kreditlərin 38,1 %-i sənaye məhsullarının istehsalı və emalının, 2,1%-i turizmin, 6,5 %-i isə digər sahələrin payına düşüb.
Qeyd edək ki, 2024-cü il ərzində sahibkarların 5722 layihəsinin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit ayrılıb.